Luçesku "Fenerbahçe"yə gəlir?
“Şaxtyor”un çalışdırıcısı Türkiyə mətbuatının suallarını cavablandırıb
10 İyun 2013 19:34 İdman"Fenerbahçe" klubuna gələcəyi ehtimal edilən Mirça Luçesku haqqında gəzən şaiyələrlə bağlı Türkiyə mətbuatına danışıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Fenerbahçe" klubu ilə aralarında hansısa anlaşmanın olub-olmamaması ilə bağlı sualı cavablandıran "Şaxtyor"un baş məşqçisi bunları bildirib:
"Xeyr. Hazırda İtaliyada tətildəyəm. "Şaxtyor Donetsk"lə müqaviləmi iki il daha uzatdım. Mən professional bir məşqçiyəm və klubumla müqaviləm bitənə qədər bu klubda qalmağımı istəyirəm".
Türkiyəyə dönməsi ilə bağlı fikirlərə gəlincə, rumınyalı mütəxəssis Türkiyəni çox sevdiyini də dilə gətirib: "Türkiyəni çox sevirəm, Türkiyə çempionatını bəyənirəm. İstambulda yaşamaq xoşuma gəlir. Qayıtmağım da problem deyil, amma təkrar edirəm, klubum ilə müqaviləm bitməyib. Klubumla daha 2 il müqaviləm var."