Mourinyo: "Bir əfsanə olaraq anılmaq istəmirəm"

"Özümü özəl biri olaraq hiss edirəm. "Çelsi"yə ilk dəfə gəldiyim zaman bunu söyləmişdim. Çünki bir neçə klubla çempionluqlar yaşamaq xüsusi bir qabiliyyət tələb edir. Uğur qazanmasanız, özəl deyilsiniz... Mən isə qazanıram". Siasport-un "Eurosport.com"a istinadən verdiyi xəbərə görə, bu sözləri "Çelsi"nin yeni baş məşqçisi Joze Mourinyo deyib. Portuqaliyalı mütəxəssis özünü dünyanın ən yaxşı məşqçisi hesab etməsə də, hazırda ondan yaxşı biri olmadığını da bildirib: "Bir əfsanə olaraq anılmaq istəmirəm. Amma əfsanə ola biləcək qədər uğurlarım var. Bu uğularıma baxdığım zaman özümü böyük bir baş məşqçi olaraq görə bilirəm".

Qeyd edək ki, Mourinyo "Porto" və "İnter"lə Çempionlar Liqası, "Real" (Madrid) və "Çelsi" ilə də ölkə çempionluğunu yaşayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31