Nadal rekordlarının sayını artırır

"Böyük Dəbilqə" seriyasından olan tennis üzrə kişilər arasında Fransanın açıq çempionatına yekun vurulub. Siasport xəbər verir ki, "Roland Qarros" turnirinin həlledici görüşündə iki ispaniyalı idmançı - Rafael Nadal ilə David Ferrer qarşılaşıb.
Parisdə mükafat fondu 21 milyon 17 min avro təşkil edən turnirin finalında Nadal həmyerlisini hər üç setdə məğlub edib. - 6:3, 6:2, 6:3.
Bununla da, o, karyerası ərzində "Roland Qarros" turnirinə səkkizinci, "Böyük Dəbilqə" seriyasından olan yarışlara isə on ikinci dəfə sahib olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31