“Anortosis”in meneceri: Mən Julius Vobay adlı futbolçu tanımıram
10 İyun 2013 20:53 İdman"Julius Vobay? Mən belə futbolçu tanımıram". Bunu apasport.az saytına Cənubi Kiprin "Anortosis" klubunun meneceri Yulios Konnaris deyib.
"Neftçi" ilə müqaviləsi başa çatan Julius Vobayın Cənubi Kipr və Rumıniya klublarından təklif aldığı bildirilir.
Syerra-Leone yığmasının Tunis və Kabo-Verde ilə oyunları üçün vətəninə çağırılan 29 yaşlı futbolçu ilk matçda "18-liy"ə düşmədi. Vobayın klub karyerasını müəyyənləşdirmək üçün şimali irlandiyalı baş məşqçi Conni Makkinstridən icazə alması ehtimal olunur.
Bu gün isə futbolçuya məxsus "wikipedia"da onun "Anortosis"ə keçdiyi qeyd olunub. Bu saytın qeydi tutarlı fakt olmasa da, hər halda, Yulios Konnarislə əlaqə saxladıq. Vobayı tanımadığını bildirən kiprli menecer bunları söylədi: "Julius Vobay bizim maraq dairəmizdə deyil. Mətbuatda onun bizə keçdiyi yazıla bilər. Onsuz da mətbuat həmişə hansısa futbolçunu hansısa kluba keçirir. Biz nə Vobayla müqavilə bağlamışıq, nə də onu transfer etmək istəyirik".