Roberto Karlos: "Zidan “Real” üçün ideal məşqçidir"

“Zidan “Real”da istənilən vəzifəni icra edə bilər"

Türkiyənin "Sivaspor" klubunun çalışdırıcısı Roberto Karlos futbol əfsanəsi Zinəddin Zidanın "Real" klubun çalışdırmasına münasibət bildirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Real" klubunun keçmiş müdafiəçisi Zidanın klubda istənilən vəzifəni icra edə biləcəyini deyib:
"Zidan "Real"da istənilən vəzifəni icra edə bilər. O, əla insandır və komanda üçün ideal çalışdırıcı ola bilər. Məsələ Ançelottiyə gəldikdə o, çox güclü mütəxəssisdir. Amma klubda adaptasiya ilə bağlı problemlər var. Futbolçular məşqçiyə kömək etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31