“Neftçi”nin prezidenti istefaya göndərilir

"Neftçi" futbol klubunun prezidenti Sadıq Sadıqov yaxın günlərdə istefaya göndəriləcək. Lent.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Sadıqov səhhətindəki problemlərlə əlaqədar postunu tərk etməyə qərar verib.
Yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkən klub prezidentinin istefasında mayın 28-də "Neftçi" və "Xəzər Lənkəran" arasında keçirilmiş oyundan sonra baş verənlər də müəyyən rol oynayıb. Yeni prezidentin Azərbaycan Dövlət Neft Şirkəti rəsmilərindən birinin olacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31