Prezidentliyə 6 namizədin adı açıqlandı
Beynəlxalq Olimpiya Komitəsinə prezident seçkiləri seçiləcək
7 İyun 2013 16:35 İdmanBeynəlxalq Olimpiya Komitəsi (BOK) 2013-cü ildə prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, BOK prezidenti Jak Roqteni əvəz edəcək namizədlər 6 nəfərdir. O, 2001-ci ildən quruma rəhbərlik edir. Namizədlər Sergey Bubka(Ukrayna), Nq Ser Mianq (Sinqapur), Tomas Bax (Almaniya), Çinq-Kuo Vu (Tayvan), Riçard Kerrion (Puero-Riko) və Denis Osvald (İsveçrə).
Seçkidə iştirak edənlər öz proqramlarını 3-4 iyulda BOK-un iclasında nümayiş edəcəklər. Seçkilər sentyabrın 10-da Buenos-Ayresdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31