"Neymarı biz istəyirdik"
"Milan"ın vitse-prezidenti Adriano Qalliani "Barselona"nın yeni transferi Neymarla bir zamanlar maraqlandıqlarını deyib
7 İyun 2013 19:49 İdmanQol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, vitse-prezident braziliyalı hücumçunun qiymətinin 57 milyon avro olduğu üçün transferi reallaşdıra bilmədiklərini vurğulayıb: "Neymarla maraqlandığımızı kimsə bilmirdi. Ancaq onların istədiyi məbləğ çox yüksək idi. "Barselona"nın büdcəsi bizdən ikiqat artıqdır. Heç bir İtaliya klubu Neymarı ala bilməzdi", - deyə Qalliani bildirib.
Qeyd edək ki, Kataloniya klubu Neymarla beş illik müqavilə imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31