Mourinyo getdi, "Real"la "Barsa"nın oyunçuları birləşdilər
7 İyun 2013 20:00 İdmanMilli.Az xəbər verir ki, İspaniyanın futbol yığması NBA üzrə "Mayami Hit" - "San Antonio" final oyununu izləyiblər. İspaniyanın yaşıl meydanlarında bir-birinə əzəli rəqib olan "Real" ilə "Barselona"nın oyunçuları qucaqlaşaraq şəkil də çəkdiriblər. Qeyd edək ki, Jose Mourinyo "Real"da çalışarkən futbolçularının rəqib komandanın oyunçuları ilə səmimi münasibətlərini təqdir etmirdi. Hətta bir oyundan sonra demişdi: "Kasilyas istəyirsə, qoy "Barselona" ilə getsin".
"Mayami Hit" isə 1:0 hesabı ilə məğlub olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31