Useyn Bolt şoka düşdü
Roma mərhələsində uğursuzluğa düçar olub
8 İyun 2013 02:22 İdmanMilli.Az AHT-yə istinadən bildirir ki, 100 metr məsafəyə qaçışda o, finişə amerikalı sprinter Castin Qedlindən sonra çatıb. Useyn Bolt şoka düşdüyünü deyib: "Travmadan sonra müalicəm başa çatmayıb. Uğursuzluğumun da səbəbi budur". Qedlin 9,94 saniyəlik göstərici ilə lider olub. Useyn Boltun nəticəsi isə 9,95 saniyə idi. Qetlin "Almaz Liqa" çərçivəsində Qətərin paytaxtı Doha və ABŞ-ın Euceni şəhərlərində keçirilmiş mərhələlərdə də qalib gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31