"Beşiktaş" Almaniyadan qapıçı transfer etdi

İstanbulun "Beşiktaş" futbol klubu heyətinə yeni futbolçu cəlb edib. Siasport.az saytı xəbər verir ki, uzun zamandır qapıçı problemi ilə üzləşən "qara qartallar", futbol üzrə Almaniya çempionatının aşağı diviziyonunda çıxış edən "Ştutqart Kikkers"in qapıçısı Günay Güvençi heyətinə cəlb edib. 21 yaşlı qolkiperin bu gün İstanbula gələrək tibbi müayinədən keçəcəyi və yeni komandası ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31