UEFA-nın rəsmi saytı "Qalatasaray"ın yeni transferindən yazdı
7 İyun 2013 20:14 İdmanUEFA-nın rəsmi saytı İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi barədə yazı dərc edib. Siasport.az saytı xəbər verir ki, Avropa ali futbol qurumunun rəsmi saytı "Sivasspor"dan "Qalatasaray"a keçən Erman Kılıçın futbol karyerası və futbol üzrə Türkiyə Superliqasında göstərdiyi performans barədə məlumat verib. "Erman "Qalatasaray" üçün "Sivasspor"u buraxdı" başlıqlı yazıda, 21 yaşlı futbolçunun yeni komandası ilə Avropada böyük uğurlara imza atacağına, karyerasında yeni inkişafa nail olmaq üçün var gücü ilə mübarizə aparacağına dair səsləndirdiyi fikirlərinə yer verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31