Messi oynamayacaq

Futbolçu bu gün Argentina-Kolumbiya görüşünə qatılmayacaq

"Barselona"nın hücumçusu Lionel Messi Argentina yığmasının ev oyununu buraxa bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Argentina millisi dünya çempionatının seçmə mərhələsində Kolumbiya yığması ilə qarşılaşacaq. Görüş bu gün Buenos-Ayresdə keçiriləcək.
Argentina yığmasının baş məşqçisi Alexandro Sabelinin sözlərinə görə, 25 yaşlı forvard zədələndiyinə görə artıq bir aya yaxın meydana çıxmayıb. Futbolçunun hazırlıq səviyyəsi məşqçilər korpusu tərəfindən yoxlanılacaq və bundan sonra onun iştirak edib-etməyəcəyi dəqiq məlum olacaq.
Xatırladaq ki, Argentina millisi 2014-cü il süçmə mərhələsində Cənubi Amerika zonasında liderliyini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31