Millimiz FİFA reytinqində irəlilədi

Milli.Az FİFA-ya istinadən bildirir ki, Azərbaycan milli komandası reytinqdə irəliləyərək
118-ci pillədə möhkəmlənib.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya 1 pillə geriləyib və hazırda (1137) 6-cıdır. Rusiya yerində qalıb - 1059 xalla 11-cidir. Şimali İrlandiya 3 pillə irəliləyib və 116-cu pillədə qərarlaşıb (304 xal ). Digər rəqiblərimiz İsrail 3 pillə geri düşüb - 62-ci yer, 540 xal, Lüksemburq isə 3 pillə irəliləyib, 186 xalla 145-ci pillədədir.

Türkiyə millisi isə 10 pillə geriləyib, 573 xalla 54-cü yerdədir.

Ən böyük sıçrayış Yeni Zelandiyaya məxsusdur. O, 551 xalla 30 pillə yuxarı qalxaraq 57-ci yerdədir.

Ən aşağı düşüş isə Seneqal millisinindir. Bu yığma 23 yer aşağı düşərək, 366 xalla 99 pillədə qərarlaşıb.

1. İspaniya - 1614 xal
2. Almaniya - 1416
3. Argentina - 1287
4. Xorvatiya - 1222
5. Hollandiya - 1158
6. Portuqaliya - 1137
7. Kolumbiya - 1123
8. İtaliya - 1097
9. İngiltərə - 1095
10. Ekvador - 1066
(11. Rusiya - 1059
54. Türkiyə - 573

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31