"Fənərbağça" Rusiyanın "Zenit" klubu ilə Portuqaliya millisinin müdafiəçisi Bruno Alveşin transferini razılaşdırıb. Trend-in məlumatına görə, Sankt-Peterburq təmsilçisinin üzvü olan Alveş ilə danışıqlar şəxsi müqavilə üzrə davam edir. Daha əvvəl verilən məlumata görə, İspaniya "Atletiko"su da Alveş ilə maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31