Sneyder Mourinyoya "yox" dedi

Joze Mourinyonun "Real"dan ayrılaraq "Çelsi"yə baş məşqçi kimi yollanması, onun rəhbərliyi altında çalışmış bir sıra ulduz futbolçuların da "zadəğanların" sıralarına qoşulaşacağı barədə məlumatlara səbəb olub. Siasport.az saytı xəbər verir ki, vaxtı ilə Milan "İnter"ində J.Mourinyonun rəhbərliyi altında çıxış etmiş "Qalatasaray"ın hollandiyalı ulduz futbolçusu Uesli Sneyderin də keçmiş baş məşqçisinin yanına yollanacağı bildirilirdi. Lakin hollandiyalı ulduz futbolçu belə bir fikrinin olmadığını deyərək, "Qalatasaray"da özünü sərbəst və xoşbəxt hiss etdiyini bildirib. Hollandiya mətbuatına açıqlama verən U.Sneyder bildirib ki, o J.Mourinyonun yenidən "Çelsi"yə qayıtmasına görə çox sevinir. Hollandiyalı hesab edir ki, "Real"dakı ağır zaman kəsiyindən sonra portuqaliyalı mütəxəssis yenidən "Çelsi"də yeni uğurlara imza atacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31