Eriksson da Çin klubuna yollandı
5 İyun 2013 20:09 İdmanDünyanın təcrübəli məşqçilərinin və futbol ulduzlarının Çin klublarına axını davam edir. Siasport.az saytı xəbər verir ki,bu siyahıya futbol üzrə İngiltərə millisinin keçmiş baş məşqçisi olan isveçli Sven Goran Eriksson da daxil olub. Belə ki, 65 yaşlı tanınmış futbol mütəxəssisi Çinin "Guangzu" futbol klubu ilə razılaşma əldə edib. Türkiyənin "Miliyyet" qəzeti yazır ki, təcrübəli futbol mütəxəssisi Çin klubu ilə 2014-cü ilin oktyabr ayına qədər müqavilə imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31