Kriştianu Ronaldu "Real" Madridi soymaq istəyir

Kriştianu Ronaldu ilə "Real" Madrid arasında müqavilənin uzadılması istiqamətində danışıqlar maliyyə problemlərinə görə qəlizləşir.
Milli.Az A Bola-ya istinadən xəbər veirir ki, 28 yaşlı portuqaliyalı "Kral" klubundan ilinə 20 milyon avro məbləğində maaş istəyir, hansı ki klub Ronalduya 15 milyon avro verməyi hesabda tutub.
Qeyd edək ki, hal-hazırda Ronaldu "Real" Madriddə 1 mövsümə görə 12 milyon avro alır.
Xatırladaq ki, forvardın klub ilə müqaviləsi 2015-ci ildə bitir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31