Droqba milli komandaya çağırıldı

İstanbulun "Qalatasaray" futbol klubunun ulduz futbolçusu Didye Droqba, Fildişi milli komandasının düşərgəsinə çağrılıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Fildişi millisinin baş məşqçisi Lamouçi jurnalistlərə bildirib ki, aprel ayında D.Droqbanın milli komandaya çağırılmasına qarşı olub: "Çünki həmin zaman o Çin klubundan yenicə "Qalatasaray"a keçmişdi. Həmin vaxt onun milliyə çağırılması onun yeni komandasında uyğunlaşma prosesinə ziyan vurardı. Droqba "Qalatasaray"da yenidən doğulmuş kimi oldu. Əminəm ki, qarşıdakı ağır oyunlarda onun dəstəyini hiss edəcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31