"Fənər" "Zenit"ə 5 milyon avro təklif etdi

Türkiyənin "Fənərbağça" klubu Rusiyanın "Zenit" klubunun 31 yaşlı müdafiəçisi Brunu Alveşi transfer etmək niyyətindədir. Bu barədə Trend "Fanatik" qəzetinə istinadən məlumat verib.
Bildirilir ki, Türkiyə klubu portuqaliyalı oyunçuya görə təxminən 5 milyon avrodan keçməyə hazırdır. Lakin Rusiya klubu bundan iki dəfə artıq məbləğin təklif olunacağına ümid edir.
"Fənərbağça" klubu Alveşin özünə isə 2,5 milyon avro əmək haqqı ilə üç illik müqavilə təklif edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31