Joze Mourinyo köməkçilərini təyin elədi

"Çelsi" ili 4 illik müddətinə müqavilə imzalayan Joze Mourinyo məşqçi qərargahını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin "zadəganlar"ın heyətində 3 yeni köməkçisi olacaq.
Bunlar Rui Faria, Silvino Louro və Joze Moraişdir. Bundan başqa, London klubunun sabiq çalışdırıcısı Rafael Beniteslə işləyən Stiv Holland, Kristof Lollişon və Kris Cons da Mourinyonun məşqçi qərargahında qalacaqlar.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2004-2007-ci illər arasında London təmsilçisini çalışdırıb. Joze üç il ərzində İngiltərə çempionluğunu, Kubokunu və Superkubokunu qazanıb. "Çelsi"dən sonra o, "İnter"ə və "Real"a başçılıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31