"Real" onu Ronaldudan üstün tutacaq? 100 milyon...
3 İyun 2013 20:32 İdmanMadridin "Real" komandası İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Qaret Beylin transferinə görə 100 milyon avro təklif etməyə hazırlaşır.
Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Real", həmçinin "Liverpul"un forvardı Luis Suaresi 45 milyon avroya əldə etmək niyyətindədir.
Əgər Beylin keçidi baş tutsa, bu 23 yaşlı futbolçu dünyanın ən bahalı oyunçusu olacaq. O, 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a keçən Kriştianu Ronaldudan 4 milyon avro baha satılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31