Futbolçunun həyat yoldaşı aktrisa olacaq
Qalatasaray futbol klubunun hollandiyalı ulduzu Vesley Snejderin həyat yoldaşı Yolante Kabau Hollivudda filmə çəkiləcək
3 İyun 2013 17:32 İdman"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yolante Kabau məşhur rejissor Maykl Beyin iyulun 12-də yayımlanacaq "Pain and gain" filmində Mark Valberqlə kameralar önünə keçəcək. Həyat yoldaşının Qalatasaraya transferinin cütlük üçün uğurlu olduğunu yazan Türkiyə mediası bir neçə gün öncə Yolantenin daş-qaşlardan ibarət şəxsi markası üçün təqdimat keçirdiyini də yazıb. Türkiyəyə gəlişi ilə özünə şəxsi biznes quran Yolante hazırda Hollivudda ilk filminin çəkilişinə hazırlaşır. Qeyd edək ki, məşhur futbolçunun xanımı filmdə idmançı qadın obrazını canlandıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31