Azərbaycan tarixində bir ilk baş verir
3 İyun 2013 15:48 İdman3 iyunda Azərbaycan tarixində ilk dəfə olaraq Himalay ekspedisiyasına start verilir. Alpinizm üzrə Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşürlər.
Azərbaycan Alpinizm Federasiyasından "OLAYLAR"a verilən məlumata görə, komandamızın məqsədi Nanqa Parbat zirvəsini(8125 m.) fəth etməkdir. Buna qədər idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində altı dəfə Himalaya yürüşlər etmişdirlər.
Bu, Himalayda milli ekspedisiyamız üçün ilk təcrübədir. Komandaya, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı, federasiyanın üzvləri İsmayıl Əsgərov və Rüfət Qocayev daxildir.
Komandamız Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etmək niyyətindədir.
Ekspedisiya Heydər Əliyevin 90 illiyinə həsr olunur.
Parallel olaraq idmançılarımızla yanaşı, Ukrayna, Rusiya, Polşa, Gürcüstan komandaları da Nanqa Parbata ekspedisiya edəcəklər.
Nanqa Parbat(8125 m.) - dünyada hündürlüyünə görə doqquzuncu zirvədir.