Nazir vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov iyunun 4-də Şirvan şəhərində  vətəndaşları qəbulu edəcək. Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, qəbulda  Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan  rayonlarının sakinləri iştirak edəcəklər. Şirvan Mərkəzi Mədəniyyət Evində  baş tutacaq qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 27-dən başlayaraq müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31