Fatih Terim "Milan"ın baş məşqçisi olacaq

milli.Az AHT-yə istinadən bildirir ki, F.Terim "Milan"ın baş məşqçisi olanda "rossoneri"lərin heyətində oynayan Ümid Davala ilə "Milan"ın gürcü oyunçusu Kaxaber Kaladze futbolla vidalaşırlar.
 Hazırda Gürcüstanın energetika naziri olan Kaxaber Kaladze Türkiyədə səfərdə olanda Floryadakı Metin Oktay təlim-məşq bazasına yollanaraq Fatih Terimlə görüşmüşdü.
Kaladzenin yubiley matçında "Milan" və "İnter" klublarının sabiq futbolçuları meydana çıxacaqlar.
Bu matçda "Milan"ın baş məşqçisi Fatih Terim olacaq. Həmin oyunda Ümit Davala "Milan", bir dönəm "İnter"də oynamış Hakan Şükür isə "nerazurri"lərin formasını geyinəcək.
Matçda Andrey Şevçenko, Paolo Maldini, Alessandro Kostakurta, Alessandro Nesta və Albertini də oynayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31