Burak Yılmaz "Fiorentino"dan təklif aldığını açıqladı!
30 May 2013 20:58 İdmanSon vaxtlar adı bir sıra Avropa klublarının transfer siyahısında hallandırılan "Qalatasaray"ın forvardı Burak Yılmaz, indi də "Fiorentino"nın hədəfinə düşüb. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, yola saldığımız mövsümdə UEFA Çempionlar Liqasının qol krallığında Kriştiyanu Ronaldo ilə yarışan B.Yılmaz, İtaliya A Seriyasının aparıcı futbol klublarından sayılan "Fiorentino"nun da diqqət mərkəzində düşüb. Belə ki, onun "Atletiko"ya transfer olunacağı ilə bağlı xəbərlər yayılsa da, futbolçunun özü A Seriyasına yollanmaq istədiyini elan edib. Belə ki, futbol üzrə Türkiyə millisinin düşərgəsində olan B.Yılmaz, "Borussiya"da çıxış edən Nuri Şahinlə söhbətində italyanlardan cəzbedici təklif aldığını, "Fiorentino"da çıxış etmək niyyətində olduğunu deyib. İki futbolçu arasında bu kiçik dialoq isə, artıq Türkiyə mediyasına sızıb və müzakirə obyektinə çevrilib.