"Onu 1 milyard avroya da satmayacam"

"Real" Madridin prezidenti Florentino Peres forvard Kriştianu Ronaldu haqda danışıb. Milli.Az Sports-a istinadən xəbər verir ki, Peres Ronaldunun transfer məsələsində son qoyaraq belə açıqlama edib:
"Birbaşa deyirəm ki, Ronaldunu 1 milyard avroya da satmayacam. İstəyərdim ki, o burada karyerasının sonuna qədər oynasın. Bu əla olardı.
Kriştianu Ronaldu əsl qalibkardır, o, bütün titulları və qızıl topu qazanmaq istəyir. Onun kefi pozulanda mən onunla danışdım və dedim ki, əlimdən gələni edəcəm ki, sən xoşbəxt olasan"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31