Yuri Syomin: "Arşavinin transferini ancaq alqışlamaq olar"

"Qəbələ" klubu ilə müqavilə bağlayan yeni baş məşqçi Yuri Syomin Rusiyanın "gazeta.ru" saytına müsahibə verib. ANS PRESS-in verdiyi xəbərə görə, yeni mövsümdə planları, tapşırıqları və Arşavinin "Qəbələ"yə gətiriliməsi ilə bağlı suallara aydınlıq gətirən çalışdırıcı hal-hazırda "Qəbələ" klubunun bazası və stadion ilə yaxından tanış olduğunu, çox bəyəndiyini də dilə gətirib.
Hər bir yeni gətirilən məşqçidən birinci növbədə nailiyyət qazanmaq tələb edildiyini deyən məşqçi ondan konkret olaraq avrokuboklarda uğur qazanmaq tələb edildiyini bildirib.
Jurnalistin ""Qəbələ"nin prezidenti Tale Heydərovun Arşavini də öz heyətində görmək istədiyinə sizin münasibətiniz necədir, Andrey sizə lazımdırmı?" sualına cavab olaraq məşqçi bunları bildirib: "Arşavinin istənilən komandaya mane olmur. O, tanınmış futbolçudur və əgər prezident belə istəyibsə, deməli belə lazımdır. Biz bunu ancaq alqışlaya blərik".
Yeni komandasında transferlərin də olacağını gizlətməyən çalışdırıcı adları açıqlamayıb. Hələ Azərbaycan millisinin baş məşqçisi Berti Foqstla görüşmədiyini deyən Y. Syomin "Qəbələ" ilə Tacikistanın "Pamir" klubunu da müqayisə edib. Bu klubların bəzi xüsusiyyətlərinə görə fərqləndiyini deyən məşqçi bu fərqi ilk növbədə "Qəbələ"də yüksək maliyyə imkanlarının olması ilə əlaqələndirib.
Y. Syomin oğlunun da özü ilə birgə məşqçilik edəcəyinə də münasibət bildirib: "Andrey Syomin mənə kömək edəcək. O, Yuri və Dimo Kamarenko ilə birgə çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31