Messi özünə kafe açır

Argentinalı futbolçu kafedə öz şəkillərini və klublarının gerblərini də nümayiş etdirəcək. "Barselona"nın forvardı Lionel Messi bizneslə məşğul olacaq. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bundan sonra argentinalı forvard kafe işlədəcək.
"Qızıl top"un dördqat qalibi açdığı kafedə öz şəkillərini, Kataloniya, "Barselona" və Argentinanın gerbini də nümayiş etdirəcək. Kafedən gələn gəlirin 50 faizinin 25 yaşlı futbolçuya çatacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31