"Real"dan daha bir fantastik təklif

İspaniyanın "Real" (Madrid) klubu Londonun "Tottenhem" klubunun uelsli yarımmüdafiəçisi Qaret Beyli satın almaq istəyir. Milli.Az Daily Star-a istinadən bildirir ki, "kral klubu" futbolçu üçün "mahmızlılar"a 60 milyon funt-sterlinq təklif etmək niyətindədir. "Real" transfer sövdələşməsini iyunun 15-dək başa vurmaq fikrindədir.
23 yaşlı yarımmüdafiəçi "Tottenhem"lə yeni anlaşma imzalamayıb. London klubu Beylə həftədə 130 min funt maaş təklif edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31