Toni Adams: Bu turnir mənim üçün böyük maraq kəsb edir
29 May 2013 14:02 İdman"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams yenidən Azərbaycana gəlib. 47 yaşlı ingiltərəli mütəxəssis apasport.az saytına açıqlamasında bu gün start götürən II Qəbələ Kubokunu izləmək üçün ölkəmizə gəldiyini bildirib.
Bir neçə gün Bakıda olan Adams ardından bir vaxtlar çalışdığı bölgəyə yollanıb: "Yenidən Azərbaycanda olmaq mənim üçün xoşdur. Bura oğlumla birgə gəlmişəm. Məqsədim Qəbələdə keçiriləcək beynəlxalq turniri izləməkdir. Bu turnir mənim üçün böyük maraq kəsb edir".
Qeyd edək ki, 2010-cu ilin mayından 2011-ci ilin noyabrına "Qəbələ"nin baş məşqçisi olmuş Adams bundan sonra klubda prezidentin müşaviri kimi çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31