Lüksemburq yığması Bakıya xal almaq üçün gəlir

Lüksemburq millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan çırtdan ölkə təmsilçisi iyunun 7-də Bakıda keçiriləcək oyuna 22 futbolçu ilə gələcək.  8-ci km stadionunda baş tutacaq oyunda baş məşqçi Lük Holtz Azərbaycanda hücum futbolu oynamaq niyyətindədir. Belə ki, ölkəmizə gələn heyətdə 6 hücumçu yer alıb. Eyni sayda 6 müdafiəçiyə heyətdə yer verən mütəxəssis sonuncu olmamaq üçün mübarizədə yığmamızdan xal almağa çalışacaq. Bakıya gələcək heyətdə 2 qapıçı və 8 yarımmüdafiəçi də var.

Qapıçılar: Conatan Juber ("Düdelanj"), Mark Obervays ("Jeness")

Müdafiəçilər: Massimo Martino ("Düdelanj"), Tom Laterza ("Fola"), Kris Filips ("Mets", Fransa), Ante Bukviç ("Differdanj"), Maksim Şano ("Beersxot", Belçika), Rikardo Aleyxo ("Jeness")

Yarımmüdafiəçilər: Ben Payal ("Düdelanj"), Loren Yens ("Fola"), Lars Gerson ("Norçepinq", İsveç), Çarlz Levek ("Ettelbruk"), Rene Peters ("Benfika"), Devid Sinani ("Ştrassen"), Mario Muş ("Sankt Qallen", İsveçrə), Erik Hofman ("Jeness")

Hücumçular: Daniel Da Mota ("Düdelanj"), Stefano Bensi ("Fola"), Mauris Devil ("Elversberg", Almaniya), Ourelien Yoahim ("Villem", Hollandiya), David Turpel ("Ettelbruk"), Antonio Luisi ("Letzeberg").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31