İsrailin UEFA-dan kənarlaşdırılması tələb olundu
27 May 2013 16:27 İdmanUEFA rəsmilərinin İngiltərənin paytaxtı Londonda şam yeməyi əsnasında İsrailin Qüdsü işğal etməsinə etiraz əlaməti olaraq alsiya keçirilib. Aksiya keçirən 3 nəfər dərhal həbs olunub. Etirazçılar İsrailin UEFA-dan çıxarılmasını tələb ediblər. Aksiyaçılar həmçinin İsrailin 21 yaşadək futbolçular arasında təşkil ediləcək beynəlxalq futbol yarışına ev sahibliyi etməsinə də etiraz ediblər. İran mətbuatının məlumatına görə ikisi kişi, biri qadın olan etirazçıların həbs olunmasından sonra aksiya Londonun kənarında davam etdirilib. Ziyafət gecəsində isə UEFA prezidenti Mişel Platini, "Mançester Yunayted" FK-nın sabiq baş məşqçisi Aleks Ferqusson və futbolçu Devid Bekhem iştirak ediblər. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31