Əli ƏIiyevin xatirə turnirindən 3 qızıl medal

25-26 may 2013-cü il tarixdə Dağıstanın Mahaçqala şəhərində 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Sərbəst güləş üzrə yığma komandamız turnirdə iştirak edib və ümumilikdə 3 qızıl medal qazanıb. 32 güləşçinin mübarizə apardığı 60 kq çəki dərəcəsində Hacı Əliyev finala qədər maneəsiz irəliləyib. Finalda dağıstanlı Artyom Gebekovu da məğlub edən güləşçimiz turniri birinci sırada tamamlayıb. 66 kq-da da 30 nəfərdən artıq iştirakçı olub və güləşçimiz Ağahüseyn Mustafayev finala qədər yüksəlib. Finalda dağıstanlı Cəlaluddin Qurbanəliyevi də məğlubiyyətə uğradan Ağahüseyn Mustafayev qızıl medala sahib olub. Ən ağır çəkidə təmsilçimiz Aslan Dzebişov da bütün rəqiblərindən üstün olub. Finalda ukraynalı Alen Zaseyevi məğlub edən güləşçimiz turnirin qızıl medalını qazanıb.

Qalib Əliyev (60 kq) və Hacı Əlicanov (96 kq) isə turniri beşinci sırada tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31