Roberto Karlos Türkiyəyə gəlir
25 May 2013 01:52 İdman"Sivasspor" klubunun Roberto Karlosu baş məşqçi postuna gətirmək istəyi nəhayət reallaşır. Publika.Az xəbər verir ki, artıq klub rəhbərləri və Karlos arasında ilk görüş keçirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda görüşün yaxşı keçdiyini bildirilib:
"Klub prezidenti Məcnun Otkaymaz Roberto Karlosla görüş təşkil etdi və bu görüş müsbət başa çatdı. Karlos da "Sivasspor"a gəlmək istəyir. "Kuban"la keçiriləcək qarşılaşmanın ardından "Anji"nin prezidenti Süleyman Kərimovla görüşəcək. Müqavilə müddəti davam etdiyindən gəlmək üçün icazə istəyəcək. Növbəti mövsümdən "Sivasspor" Karlosun başçılığı ilə meydana çıxacaq. Mövzu baazar ertəsi dəqiqləşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31