Messi: “Məndən əvvəl komandanın 10 nömrəli formasını o geyinirdi”

"Barselona"nın ulduz futbolçusu Leonel Messi sabiq komanda yoldaşı Ronaldinyodan danışıb. Publika.Az xəbər verir ki, Messi braziliyalı futbolçuya təriflər yağdırıb:
"Məndən əvvəl komandanın 10 nömrəli formasını o geyinirdi. "Barselona" üçün çox önəmli işlər görüb. Ronaldinyo kimi futbolçudan o formanı almaq çox böyük məsuliyyətdir".
2008-ci ilə qədər Messi 20 və 19 nömrəli formalar geyinib. Ronaldinyo "Milan" keçəndən sonra Leo, 10 nömrəli formanın sahibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31