Dieqo Lopes də “Real”dan ayrılır

 

"Real"ın qapıçısı Dieqo Lopes gələn mövsüm Madrid təmsilçisinin heyətində çıxış etməyə bilər. Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper "Kral klubu"nu tərk etmək istəyir. 
Baş məşqçi Joze Mourino komandanın əsas qapıçısı İker Kasilyası ehtiyatda saxlayaraq, ona şans vermişdi. Lakin portuqaliyalı çalışdırıcının mövsümün sonunda "Real"dan getməsi Lopesə də təsir edib. Çünki növbəti mövsüm Kasilyasla start heyətdə meydana çıxmaq uğrunda mübarizə aparıb, ona uduzmasından qorxur. Buna görə də Dieqo özünə yeni komanda axtarmaq qərarına gəlib. 
İspan mətbuatı isə iddia edir ki, Lopes Mourino ilə birgə "Çelsi"yə gedəcək. Çünki Jozenin "zadəganlar"ın "sükanı arxası"na keçmə ehtimalı daha çoxdur.
Qeyd edək ki, 31 yaşlı qapıçı "Real"a qışda "Sevilya"dan transfer olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31