Özil "Real"da qalmaq istəyir

"Real"ın yarımmüdafiəçisi Məsut Özil klub rəhbərliyi ilə görüşməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, türk əsilli almaniyalı futbolçu əmək haqqından narazıdır.
Belə ki, 2010-cu ildə imzalanmış razılaşmaya əsasən, Özilin əmək haqqı 5 milyon avro təşkil edir. Lakin o, bu məbləğin artırılmasını istəyir.
Qeyd edək ki, 24 yaşlı oyunçu "Real"a "Verder"dən 18 milyon avroya transfer olunub. Məsut cari mövsüm İspaniya çempionatının 30 matçında forma geyinib və 9 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31