"Yaxın beş il ərzində "Bavariya" hələ 3 dəfə finalda oynayacaq"
24 May 2013 13:26 İdman"Dörd il ərzində münhenlilər finala üçüncü dəfə çıxıblar və bu, onların çox güclü olduğu anlamını daşıyır". Apasport.az saytının məlumatına görə, bu sözləri "Bavariya"nın sabiq futbolçusu və hazırda "Volfsburq"da çıxış edən İvitsa Oliç deyib.
Xorvatiyalı hücumçu Çempionlar Liqasının final mərhələsində "Bavariya" - "Borussiya" matçından öncə fikirlərini bildirib.
33 yaşlı forvard bu dəfə həlledici mərhələdə Münhen klubunun qələbə qazanacağına ümid edir: "Hesab edirəm ki, hazırda "Bavariya" dünyanın ən yaxşı komandasıdır. Onlar cari mövsümdə finala əminliklə keçdiklərini sübut etdilər. Əlbəttə, həlledici mərhələ bir oyundan ibarətdir. Burada hər şey ola bilər, amma düşürəm ki, bu il "Bavariya" qazanacaq. Münhen təmsilçisində yaxşı klub siyasəti var. Burada necə etmək lazım olduğunu bilirlər. Məncə, ən yaxın beş il ərzində "Bavariya" hələ 3 dəfə finalda oynayacaq".
Qeyd edək ki, Oliç iki dəfə "Bavariya"nın heyətində Çempionlar Liqasının finalında mübarizə aparıb.