"Neftçi" kapitanla müqavilə bağladı
24 May 2013 13:26 İdman"Neftçi" kapitanla müqavilə bağladı ANS PRESS-in klubun rəsmi saytına istiandən verdiyi xəbərə görə, flaqman kapitan Rəşad Sadiqovla anlaşmanın müddətini daha 2 illiyə artırıb.
Yarımmüdafiəçi bildirib ki, Premyer Liqada diqqətini yalnız çempionluğa yönəltmişdi və nəticədə klub bunu bacardı:"İnanıram ki, ölkə kubokunu da qazanacağıq. "Neftçi" ilə yeni müqavilə bağlamağım mənə əlavə stimul verir. Məni heyətində ölkənin digər aparıcı klubları israrla görmək istəyirdi. Bir futbolçu kimi mənim üçün maddi məsələlərdən daha önəmli məqamlar var".
Futbolçu bildirib ki, "Neftçi"dəki abu-hava, onlara göstərilən qayğı və burada qazandığı uğurlar daha vacibdir: "Azərbaycanın ən köklü və titullu klubunda çıxış etmək qürurvericidir. Klub rəhbərliyinin göstərdiyi etimadın müqabilində əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərimizin də dəstəyi ilə avrokuboklardakı uğurumuzun davamını gətirəcəyimizə ümid edirəm".