“...Subaşiçlə danışıqlara başlaya bilərik”
23 May 2013 19:35 İdman"İyunun 13-dən 27-dək Türkiyədə hazırlıq keçəcəyik. Yenə 14 günlük hazırlıqlarımız Qızılcahamamda baş tutacaq". Bunu apasport.az saytına "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib. Çəlikəl bildirib ki, hazırlıq zamanı 2 yoxlama oyunu keçirəcəklər: "Ancaq hələ rəqiblər müəyyənləşməyib. Onu deyə bilərəm ki, iyunun 22-də və 27-də Türkiyədə hazırlıq matçları keçəcəyik". Klub rəsmisi milli komandanın da hücumçusu olan Branimir Subaşiçin məsələsi ilə bağlı isə yenilik olmadığını nəzərimizə çatdırdı: "Onun taleyi Qurban Qurbanovdan asılıdır. Baş məşqçimiz onu saxlamağa dair yekun qərar versə, Subaşiçlə danışıqlara başlaya bilərik".
Qeyd edək ki, "Qarabağ" Emeka Opara, Elnur Abdulov, Kristian Torres və Zaur Həşimovla yeni müqavilə bağlamaqdan imtina edib. Əfran İsmayılov isə "Bakı"dan təklif aldığı üçün Ağdam təmsilçisinin müqavilə şərtlərini qəbul etməyib.