"Şeytan"ın vida matçı "Real" Madridə qarşı olacaq

"Mançester Yunayted"in əfsanəvi oyunçusu Pol Skoulz karyerasını başa vurmasına baxmayaraq, sonuncu dəfə "Old Trafford" stadionunda azarkeşlərinin önünə çıxacaq. Apasport.az saytının məlumatına görə, veteran futbolçu "qırmızı şeytanlar"ın heyətində "Real"la oynanılacaq dostluq matçında forma geyinəcək. Skoulzdan isə bunu ingilis klubunun meneceri Brayn Robson istəyib. O, Pola köhnə yoldaşlarının yanında İspaniya klubuna qarşı mübarizə aparması üçün dəvət göndərib. 
Bu qarşılaşmada "Mançester Yunayted"in heyətində Endi Kol, Yap Stam, Edvin van der Sar və "Real"ın heyətində Zinəddin Zidan, Luiş Fiqu və Klod Makelele kimi məşhur ulduzlar çıxış edəcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının son turunda "Vest Bromviç"lə 5:5 hesablı bərabərə qalan matçda "Mançester Yunayted"in 38 yaşlı futbolçusu karyerasını başa vurduğunu açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31