Kocaman: ""Qalatasaray"la Superkubokda qarşılaşmağımız əla olacaq"
23 May 2013 20:24 İdman"64 oyunluq böyük marafonu kubokla tamamladıq. Oyunçularımı təbrik edirəm. Çətin bir işin öhdəsindən gəldik. Həmçinin çox yorulduq". Apasport.az saytının məlumatına görə, bu sözləri "Fənərbağça"nın baş məşqçisi Aykut Kocaman deyib.
Təcrübəli çalışdırıcı Türkiyə kubokunun finalında "Trabzonspor"u məğlub edib, zəfər qazanmalarını dəyərləndirib: "Rəqib matça yaxşı başladı. Ancaq ilk qolu biz vurduq. "Trabzonspor" hesabda geri düşəndən sonra bir az sürəti azaltdı. Biz isə ikinci qolu vurmağa çalışdıq, amma istəyimizə nail ola bilmədik. Məni və azarkeşlərimizi həyəcanlandıran bir çox epizodlar yaşadıq. Lakin sonda kuboku qazandıq və bütün komandanı təbrik edirəm. Mövsümü ən azından bir kubokla başa vurduq. "Fənər" adına "Qalatasaray"la Superkubokda qarşılaşmağımız əla olacaq".