Messi: "Neymar futbolçudur"
22 May 2013 12:01 İdman"Neymarın "Barselona"ya keçidinin sonda necə olacağını bilmirəm. Yalnız oyunçunun özü belə informasiyaya malikdir". Apasport.az saytının məlumatına görə, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi deyib.
Argentina millisinin üzvü Braziliya yığma komandasının forvardı Neymarın Kataloniya klubuna keçəcəyi ilə bağlı fikirlərini bildirib: "Şübhəsiz, Neymar futbolçudur. O, meydanda görüşün nəticəsini həll edə bilən hücumçudur. Həmçinin qeyri-standart fərdi hərəkətlər nəticəsində istədiyini bacarır. Neymarın keçidi "Barselona" üçün yaxşı olardı. Çünki komandanın gücünə güc qatacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31