Anelka yenidən Türkiyəyə qayıdır
21 May 2013 19:14 İdmanTürkiyə mətbuatı xəbər verir ki, Türkiyə Super Toto Liqasında bu mövsüm uğurlu çıxıç edərək mövsümü 6-cı sırada başa vuran "Kasımpaşa" klubu dünya ulduzunu heyətinə qatmağa çox yaxındır. Qarşıdan gələn mövsümdə Avropa yarışlarında iştirak edə biləcək bir heyət qurmağı planlaşdıran klub bir zamanlar Türkiyədə çıxış etmiş Nikolas Anelkanı heyətina qatmaq istəyir. 2005-2006-cı illərdə "Fənərbaxça" formasını geyinən, sonradan "Bolton", "Çelsi", "Şankai Şenxua" klublarında çıxış etmiş və son olaraq "Yuventus"la 5 aylıq müqavilə imzalayan fransız ulduzun transferi üçün "Kasımpaşa" artıq cəhdlərə başlayıb.
34 yaşlı ulduz yenidən Türkiyəyə qayıtmağı müsbət qarşılayıb və maddi şərtlərdə də anlaşma olarsa transfer qısa zamanda həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31