Puyoldan Tito Villanovaya qarşı centlimen hərəkət!

Dünən futbol üzrə İspaniya çempionatının qalibi olan "Barselona"ya çempionluq kuboku təqdim olunub. Siasport.az saytı xəbər verir ki, böyük təntənə ilə keçən təqdimetmə mərasimi duyğulu anlarla yadda qalıb. Belə ki, "Barselona"nın kapitanı olan Puyol, centlmenlik göstərərək, Kuboku qaldırmaq missiyasını xəstəlikdən sonra komandaya qovuşan baş məşqçi Tito Villanovaya və Erik Abedala həvalə edib. Puyolun bu addımı, minlərlə "Barselona" azarkeşi tərəfindən alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31