"Beşiktaş"ın baş məşqçisi istefa verdi!

İstanbulun "Beşiktaş" futbol klubunda baş məşqçi dəyişikliyi baş verib. Siasport.az xəbər verir ki, Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, "qara qartalların" baş məşqçisi olan Samet Aybaba vəzifəsindən istefa verib. Bu barədə S.Aybaba, dünən axşam  "Beşiktaş"ın Futbol Komitəsinin rəhbəri Ahmet Kavalçı ilə görüşü zamanı istefa ərizəsini təqdim edib. İstanbul klubu isə, müqaviləyə əsasən daha bir il də baş məşqçi postunda qalmalı olan S.Aybabaya, yeni komandada iş tapana qədər hazırkı məvacibini ödəməli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31