Çempionlar Liqasında iştirak qaydaları dəyişdirilir

UEFA Avropa Liqasının nüfuzunu yüksəldir

2015/2016-cı il mövsümündən sonra UEFA Avropa Liqasını qazanan klub növbəti mövsümdən Çempionlar Liqasında iştirak edə biləcək. Trend bildirir ki, UEFA İcraiyyə Komitəsi Avropa Liqasının nüfuzunu artırmaq üçün 2015/2016-cı il mövsümündən etibarən Çempionlar Liqasında iştirak prosedurunda dəyişiklik edəcək. Qərara görə, 2015/2016-cı il mövsümündən sonra UEFA Avropa Liqasında çempion olan klub növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək hüququ əldə edəcək. Bu dəyişiklikdə məqsəd Avropanın aparıcı klublarının Avropa Liqasını "vaxt itkisi" kimi dəyərləndirmələrinin qarşısını almaqdır.

Avropa Liqasında 48 klub 200 milyon avronu paylaşarkən, Çempionlar Liqasında 32 klubun 1 milyard dolları paylaşmasının ədalətsiz olduğunu bildirən klub rəsmiləri UEFA Avropa Liqasının bu baxımdan arxa planda qaldığını qeyd edirlər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31