Əfsanəvi futbolçu futbol karyerasını bitirdi
20 May 2013 16:42 İdmanOlaylar IA xəbər verir ki, mövsümün sonunda futboldan ayrılacağını bildirən 38 yaşlı futbolçu Devid Bekhem dünən "Paris Saint Germain" ilə son oyununa çıxıb. Ulduz futbolçu 81-ci dəqiqədə oyundan çıxarkən meydanı göz yaşları ilə tərk edib. "Mançester Yunayted" və "Real Madrid" klublarında çıxış etmiş futbolçu hər iki klubun futbolçuları və aazrkeşləri tərəfindən ayaqüstə alqışlanıb. Futbolçunun ailəsi də oyunu izləmək üçün Londondan Parisə gəlib. Bekhem "Parisdəki hər kəsə rəhbərliyə, oyunçulara, azarkeşlərə təşəkkür edirəm. Burada futbolla çox gözəl bir şəkildə vidalaşdım. Bunu doğru bir zamanda etdiyimə inanıram" deyə bildirib. Beckhem 22 illik karyerasını bitirdikdən sonra bir neçə ay dincəlib ailəsi ilə vaxt keçirməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31